"Qalatasaray" futbolçusunu 17 milyona satdı

"Qalatasaray" futbolçusunu 17 milyona satdı
"Qalatasaray”ın futbolçusu Harri Rodrigesin Səudiyyə Ərəbistanının "Əl İttihad” klubuna keçidi rəsmləşib.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb. Ərəblər Rodriges üçün "Qalatasaray”a 10 milyon dollar (17 milyon manat) ödəyəcək. Gələcəkdə futbolçu başqa kluba satılsa, transfer dəyərinin 10 milyon dollarından artığının 20 faizi türk klubuna çatacaq.
Qeyd edək ki, "Qalatasaray" kape-verdeli futbolçunu 2017-ci ilin yanvarında PAOK-dan 3.5 milyon avroya transfer etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər