"Qalatasaray" 9 futbolçudan imtina etdi

"Qalatasaray" 9 futbolçudan imtina etdi
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim 9 futbolçunun xidmətindən imtina edib.
Fanat.Az xəbər verir ki, müqavilə ilə komandaya məxsus olan futbolçulardan biri başqa kluba satılıb, birinin anlaşması qarşılıqlı razılıq əsasında pozulub.
Ötən mövsüm icarə əsasında Belçika "Standard"ında çıxış edən Luis Kavanda 2,4 milon avro qarşılığında bu kluba satılıb. 2013/14 mövsümünün qış fasiləsində transfer olunan, amma "Qalatasaray"ın əsas komandasında debüt etməyən Endoğan Adilinin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
Koray Günter, Hakan Balta, Yasin Öztekin, İasmin Latovleviçi, Umut Gündoğan, Eray İşcan, Sedrik Carrasco və "Mnçester Siti"dən icarəyə götürülən Canson Denayer də yola salınıb. Bunlardan Koray Günter İtaliyanın "Cenoa", Umut Gündoğan Türkiyənin "Boluspor" klubuna transfer olunub.
Bundan başqa Tarık Çamdal və Tolqa Ciğercinin klubdakı ələcəyi sual altındadı.
Qeyd edək ki, "Qalatasaray" bu yay Yuto Naqatomonun transfer hüququnu alıb, Rayan Donkla müqaviləni uzadıb, Muğdat Çelik və nigeriyalı Henry Onyekurunu heyətinə qatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər