İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales korrupsiya işi üzrə ifadə vermək üçün məhkəməyə çağırılıb.
Fanat.Az xəbər verir ki, Madrid Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Rubiales şübhəli şəxs qismində məhkəməyə çağırılıb. O, aprelin 29-da hakim qarşısına çıxmalıdır.
Xatırladaq ki, Rubiales 2018-2023-cü illərdə federasiyaya rəhbərlik edib. Məhkəmə hazırda son beş ildə RFEF müqavilələrində mümkün pozuntuları araşdırır.
Rubiales futbolçu Cennifer Hermoso ilə öpüşmə qalmaqalı fonunda İspaniya Kral Futbol Federasiyasının rəhbəri vəzifəsindən istefa verib.
Mirağa