Kolumbiyalı qadın futbolçular kişilərlə bərabər maaş tələb edir.
Fanat.Az "Bleacher Report"a istinadən xəbər verir ki, futbol üzrə qadınlardan ibarət Kolumbiya millisinin oyunçuları gündə 22 avro maaş alırlar.
Kolumbiya millisinin sabiq oyunçusu Melissa Ortis mətbuata bu barədə narazılığını bildirib:
“Biz bu forma uğrunda hər şey etməyə hazırıq. Gördüyümüz iş düzgün qiymətləndirilməlidir. Kişilərlə qadınlara bu qədər fərq qoyulmamalıdır. Onlar qədər əməkhaqqı almalıyıq".
Emin