Qadın futbolçu sifarişlə komanda yoldaşını döydürdü

Qadın futbolçu sifarişlə komanda yoldaşını döydürdü

PSJ-nin qadınlardan ibarət klubunun futbolçusu Aminata Diallo komanda yoldaşı Heyra Hamrauiyə hücum təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, Həmrauyi noyabrın 4-də evə qayıdarkən iki naməlum şəxs onun avtomobilinə yaxınlaşaraq onu maşından çıxarıb və ayaqlarına armaturla güclü zərbələr endirərək döyüblər. Qadın futboçu xəstəxanaya yerləşdirilib və növbəti matçda onun yerini məhz Diallo tutub.

PSJ daha sonra qısa araşdırmadan sonra Diallonun polis tərəfindən saxlanıldığını təsdiqləyib. Millidə və klubda Heyranın yerini almaq istəyən Aminatanın bu hücumu təşkil edib rəqibini sıradan çıxartmaq istədiyi ehtimal olunur.  

Qeyd edək ki, Hamrauyi ən azı 6 ay yaşıl meydanlardan uzaqda qalacaq. Həkimlərin son rəyi açıqlanmayıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər