Qadın futbolçu İslamı qəbul etdi, ölkə qarışdı

Qadın futbolçu İslamı qəbul etdi, ölkə qarışdı
İsveçin qadınlardan ibarət U-19 millisinin üzvü Ronya Anderssonun İslam dinini qəbul etməsi ölkədə müzakirələrə səbəb olub.
Fanat.Az xəbər verir ki, gənc futbolçu tənqid hədəfinə çevirilib. Bu barədə o, özü açıqlama verib: 
"Müsəlman olduğum üçün fəxr edirəm. İslam dininin bütün əmrlərini yerinə yetirməyə çalışıram, Ramazan ayında oruc tutacam. Bu qərarı qəbul etdikdən sonra başda ailəm olmaqla, ətrafımdakı insanların etirazı ilə üzləşdim. Bəzən özümə qarşı nifrət hiss etdim. Amma mən qərarıma görə peşman deyiləm. Müsəlman olduqdan sonra gözəl bir dinə keçdiyimi anladım. Qurandakı hər şeyə inanıram. Allahı tanıdım".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər