"Qadın deyilik, futbol oynayırıq" dedi, hədəfə çevirildi

"Qadın deyilik, futbol oynayırıq" dedi, hədəfə çevirildi
"Yuventus"un futbolçusu Əmrə Canın başı Kriştiano Ronaldoya görə dərddədi.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduzun "Valensiya" ilə matçda meydandan qovulmasına etiraz edən türk əsilli futbolçu komanda yoldaşını müdafiə etmək üçün işlətdiyi sözlərə görə hədəfə çevirilib.
24 yaşlı futbolçu bu açıqlamasına görə cinsi ayrı-seçkilikdə günahlandırılır: "Ronaldonun meydandan qovulmaq səbəbinin rəqibinin saçını dartması olduğunu eşitdim. Biz qadın deyilik, burda futbol oynayırıq. Əgər buna qırmızı vərəqə göstərirsinizsə, hər qayda pozuntusundan sonra bir futbolçu meydandan qovulmalıdı. Bu epizod 100 faiz qırmızı vərəqəlik deyil".
Əmrənin bu açıqlaması sosial mediada qalmaqala səbəb olub. Əksər sosial media istifadəçisi onu cinsi ayrı-seçkilikdə ittiham edib.
Futbolçu bundan sonra "Twitter" hesabından bir açınlama yaymağa məcbur olub: "Dünən gecə matçdan sonra etdiyim şərhlə bağlı bir açıqlama vermək istəyirəm. Kristianonun VAR sistemindən istifadə edilərək meydandan qovulduğu epizodla bağlı verdiyim açıqlama böyük səs-küyə səbəb olub. Bildirmək istəyirəm ki, şərhim əsla qadınları aşağılamaq məqsədi daşımırdı. Söylərimin qadın futbolu və cinsi ayrı-seçkiliklə bağlılığı yoxdu. Məni tanıyan hər kəs qadınlara və bərabərliyə nə qədər dəyər verdiyimi bilir. Məqsədim bizə pis təsir edən yanlış bir qərarla bağlı komanda yoldaşıma dəstək olmaq idi. Sözlərim kiməsə pis təsir edibsə, səmimi şəkildə üzr istəyib".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər