Putini dəstəkləməyən rus futbolçu vurduğu qola sevinmədi

Putini dəstəkləməyən rus futbolçu vurduğu qola sevinmədi

İtaliya A Seriyasının 27-ci turunda Berqamoda "Sampdoriya"nı 4:0 hesabı ilə məğlub edən "Atalanta"nın sonuncu qolunun müəllifi olan rus futbolçu Aleksey Mirançuk fərqlənməsinə sevinməyib. 

Fanat.Az xəbər verir ki, İtaliyanın "Gazzetta dello Sport" qəzeti buna səbəb kimi Mirançukun Rusiyanın Vladimir Putin rejimini və Ukraynanın işğalını dəstəkləməməsini göstərib. 

Həmçinin vurğulanıb ki, Mirançuk “Sampdoriya”nın ehtiyat oyunçusu, ehtiyat oyunçular skamyasında oturan ukraynalı Vladislav Supryaqanın qarşısında qolu qeyd etmək istəməyib.

Xatırladaq ki, “Atalanta” bu qələbə ilə ardıcıl altı oyunluq uğursuz seriyanı qırıb.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər