PSJ-nin yarımmüdafiəçisi Varren Zair-Emeri Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində oyuna start heyətində çıxan ən gənc futbolçu olub.
Gənc fransız yarımmüdafiəçi PSJ-nin "Bayern Münhen"lə oyununda (0:1) ilk dəqiqələrdən meydana çıxıb. O, 16 yaş 343 günlüyündə bunu bacarıb.
Bu, Varrenin Çempionlar Liqasında ikinci oyundur. O, qrup mərhələsində “Makkabi Hayfa” ilə matçda (7:2) əvəzetmədən meydana çıxıb.
Zair-Emeri bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb və 2 qol vurub.
Mirağa