PSJ-nin futbolçusu “Braqa”da

PSJ-nin futbolçusu “Braqa”da

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" hücum xəttini gücləndirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb. Müqavilədə satınalma şərti yoxdur.

Hücumameyilli yarımmüdafiəçi Paris klubunda 10 nömrəli formada çıxış edəcək.

19 yaşlı italiyalı futbolçu 2023-cü ilin avqustundan PSJ-nin üzvüdür.

"Qarabağ"la "Braqa" arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər