PSJ futbolçuları 19 yaşlı Holannı niyə lağa qoyublar? - SƏBƏB - FOTOLAR

PSJ futbolçuları 19 yaşlı Holannı niyə lağa qoyublar? - SƏBƏB - FOTOLAR
Neymar və komanda yoldaşları Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sını mübarizədən kənarlaşdırdıqdan sonra rəqibin gənc hücumçusu Erlinq Holannı lağa qoyublar. 
 
Fanat.Az xəbər verir ki, Holann Almaniyada oynanılan ilk görüşdə dubl etmiş və ikinci qolu özünəməxsus şəkildə, Zen meditasiyası edərək qeyd etmişdi. Cavab matçı ərəfəsində isə norveçli oyunçu "Snapchat" vasitəsilə yayımladığı mesajda yazmışdı: "Paris mənim şəhərimdi".
 
PSJ futbolçuları 19 yaşlı Holannı niyə lağa qoyublar? - SƏBƏB - FOTOLAR
Görünür, bu sözlər PSJ futbolçularının xoşuna gəlməyib. Əvvəlcə, oyunda hesabı açan Neymar Holannın ilk oyundakı qol sevincini təqlid etdi. Qarşılaşmadan sonra isə Paris klubunun futbolçuları komanda halında 19 yaşlı futbolçunun məşhur "Zen meditasiyası"nı təkrarlayaraq foto çəkdiriblər. Onlar bu yolla Holannı lağa qoyublar.
 
PSJ futbolçuları 19 yaşlı Holannı niyə lağa qoyublar? - SƏBƏB - FOTOLAR PSJ futbolçuları 19 yaşlı Holannı niyə lağa qoyublar? - SƏBƏB - FOTOLAR
Görüşdən sonra Neymar instaqram hesabında öz qol sevincinin fotosunu paylaşaraq yazıb: "Paris sənin yox, bizim şəhərimizdi".
 
PSJ futbolçuları 19 yaşlı Holannı niyə lağa qoyublar? - SƏBƏB - FOTOLAR
 
PSJ futbolçularının bu hərəkətləri başda Qari Lineker olmaqla, futbol ictimaiyyəti tərəfindən heç də yaxşı qarşılanmayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər