PSJ-dən ayrılan futbolçu karyerasını bitirdi

PSJ-dən ayrılan futbolçu karyerasını bitirdi
PSJ-dən ayrılan Fransa millisinin keçmiş futbolçusu Lassana Diarra karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özü "Instagram" hesabından açıqlama verib. Diarra Paris klubu ilə qüvvədə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.
Onun karyerasını bitirdikdən sonra özəl biznesi ilə məşğul olacağı gözlənilir.
Qeyd edək ki, Diarra PSJ-yə ötən ilin qışında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubundan transfer olunmuşdu. 33 yaşlı yarımmüdafiəçi əvvəllər Fransanın "Le Havr", "Marsel", İngiltərənin "Çelsi", "Arsenal", "Portsmut", İspaniyanın "Real", Rusiyanın "Anji" və "Lokomotiv" (Moskva) klublarında çıxış edib. O, Fransa millisində 34 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər