PSJ-də penaltiləri bu futbolçu vuracaq

PSJ-də penaltiləri bu futbolçu vuracaq

PSJ-nin məşqçilər korpusu Kilian Mbappenin "Real Madrid"ə keçməsindən sonra komandada penaltiləri hansı futbolçunun yerinə yetirəcəyini müəyyənləşdirib.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, bu iş 24 yaşlı portuqaliyalı Vitinyaya həvalə olunub.

Vitinya Paris təmsilçisinə 2022-ci ilin yayında, 41,5 milyon avro qarşılığında "Portu"dan transfer olunub.

Ötən mövsüm PSJ-nin forması ilə bütün turnirlərdə 46 matça çıxan yarımmüdafiəçi 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər