PSJ 7 futbolçusunu göndərir - Messiyə görə

PSJ 7 futbolçusunu göndərir - Messiyə görə

PSJ klubu Lionel Messinin maaşını ödəmək üçün yanvarda 7 futbolçusunu göndərmək niyyətindədir. 

Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, yay "transfer pəncərəsi"ndə Serxio Ramos, Lionel Messi, Aşraf Hakimi, Donnarumma və Wiynaldum kimi dünya ulduzlarını heyətinə qatmaqla komandanın maaş büdcəsi 300 milyon avroya çatıb. Təkcə argentinalı oyunçunun illik xalis gəliri 41 milyon avrodur.

Heyətində 35 futbolçusu olan PSJ yanvarda az forma şansı qazanan və ya ümumiyyətlə oynamayan futbolçularla yollarını ayıracaq. Fransız nəhəngi Alfonse Areola, Riko, Rafinya, Kolin Daqba, Layvin Kurjava, Abdu Diallonu satış siyahısına daxil edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər