PSJ-nin idman direktoru Luiş Kampuş komandada ümidləri doğrultmayan futbolçuların adlarını rəhbərliyə təqdim edib və hazırda bu yöndə müzakirələr aparılır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Xəbərə görə, bunlar Vitinya, Reantu Sanşeş, Fabian Ruis, Karlos Soler, Xuan Bernat, Serxio Ramos və Uqo Ekitikedir. Mənbə sözügedən oyunçular arasında müqavilələrinin müddəti başa çatanlarla yeni anlaşmalar imzalanmayacağını, digərlərinin isə satışa çıxarılacağını və ya icarəyə veriləcəyini vurğulayıb.
Nihat