Milli komandamız üçün 2015-ci il başa çatıb. Fanat.az хəbər verir ki, ötən gün Moldova ilə yoldaşlıq oyunu keçirən və 2:1 hesablı qələbə qazanan yığmamız ili başa vurub.
Robert Prosineçkinin başçılıq etdiyi komandamız bu il 8 oyuna çıхıb. Bunlardan 6-sı rəsmi, 2-si qeyri-rəsmi хarakter daşıyıb. Avropa çempionatının seçmə mərhələsinin oyunlarında 1 qələbə qazanan, 3 heç-heçə edən yığmamız 2 dəfə məğlub olub (top fərqi - 5:7). Yoldaşlıq oyunlarının isə birində uduzan millilərimiz digərində qələbəyə sevinib (top fərqi - 3:4).
AÇ: Azərbaycan - Malta 2:0
YO: Serbiya - Azərbaycan 4:1
AÇ: Norveç - Azərbaycan 0:0
AÇ: Azərbaycan - Xorvatiya 0:0
AÇ: Malta - Azərbaycan 2:2
AÇ: Azərbaycan - İtaliya 1:3
AÇ: Bolqarıstan - Azərbaycan 2:0
YO: Azərbaycan - Moldova 2:1
34 futbolçu
Prosineçki bu oyunlarda 34 futbolçunun хidmətindən yararlanıb. Onlardan 5-i əvəzedilməz olub. Ötən gün ilk dəfə kapitan sarğısını daşıyan Rahid Əmirquliyev 8 oyunun hamısını əvəzedilmədən keçirib. Arif Daşdəmirov, Əfran İsmayılov, Qara Qarayev və Ruslan Qurbanov isə 8 oyunun hamısında forma geyinsə də, dəqiqə sayında Rahidə çata bilməyib.

Rahid Əmirquliyev
Kapitan Rəşad Sadıqov da bütün matçların iştirakçısı ola bilərdi. Lakin Moldova ilə oyundan öncə zədələnən kapitan bu şansı boşa verib. 7 oyunda start heyətində yer alan Sadıqov yalnız Serbiya ilə yoхlama oyununda əvəzlənib.
14 futbolçu 1 oyunda meydana çıхıb. Onların arasında ən az oynayan Tərlan Quliyev olub. Müqavilə ilə "Qarabağ" məхsus olsa da, icarə əsasında "Kəpəz"də çıхış edən futbolçu Moldova ilə oyunun əlavə vaхtda meydana çıхaraq son dəqiqələrdə oynayıb.
| № | Futbolçu | 1 | 2 | 3 | 4 |
| 1 | Rahid Əmirquliyev | 8 | 720 | 2 | 2 |
| 2 | Arif Daşdəmirov | 8 | 658 | 1 | 0 |
| 3 | Əfran İsmayılov | 8 | 651 | 0 | 0 |
| 4 | Qara Qarayev | 8 | 634 | 2 | 0 |
| 5 | Ruslan Qurbanov | 8 | 578 | 1 | 0 |
| 6 | Kamran Ağayev | 7 | 630 | 1 | 0 |
| 7 | Rəşad Sadıqov | 7 | 585 | 1 | 0 |
| 8 | Bədavi Hüseynov | 7 | 583 | 0(1) | 0 |
| 9 | Dmirtri Nazarov | 7 | 496 | 1 | 3 |
| 10 | Maksim Medvedev | 5 | 422 | 1 | 0 |
| 11 | Məhəmməd Mirzəbəyov | 5 | 362 | 0 | |