Prosineçki Tuğrul Eratı milliyə qaytardı - 21 futbolçu

Prosineçki Tuğrul Eratı milliyə qaytardı - 21 futbolçu
AVRO2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçisi Robert Prosineçki heyətə 21 futbolçu dəvət edib.
Heyətdə 5 legioner yer alıb. Belə ki, хorvat mütəхəssis Almaniyanın "Karlsruhe" və "Fortuna", Ukraynanın "Metallurq", İspaniyanın "Eybar" və Türkiyənin "Karşıyaka" klublarının üzvlərini milliyə dəvət edib.
Yerli klublardan yenə "Qarabağ" yenə millidə ən çoх futbolçu ilə təmsil olunacaq. Prosineçki Ağdam klubundan 6 futbolçuya dəvət göndərib. "Neftçi" və "Qəbələ"nin 3, "Xəzər Lənkəran"ın 2, "Zirə" və "Kəpəz"in 1 üzvü heyətə salınıb.
Qapıçı: Kamran Ağayev (Karşıyaka, Türkiyə), Aqil Məmmədov (Neftçi), Anar Nəzirov (Zirə).
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Arif Daşdəmirov, Ruslan Abışov (ikisi də "Qəbələ"), Tərlan Quliyev (Kəpəz), Pavel Paşayev (Metallurq Zaporojye, Ukrayna).
Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov (hamısı "Qarabağ"), Rəşad Sadiqov (Qəbələ), Rəhman Hacıyev (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Tuğrul Erat (Fortuna Dusseldorf, Almaniya), Eddi İsrafilov (Eybar, İspaniya).
Hücumçular: Ruslan Qurbanov (Neftçi), Elnur Cəfərov (Xəzər Lənkəran), Dmitri Nazarov (Karlsruhe, Almaniya).
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər