Prosineçki heyəti açıqladı: 2 oyuna 25 futbolçu

Prosineçki heyəti açıqladı: 2 oyuna 25 futbolçu

Milli komandamızın Norveç və San Marino ilə oyunları üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki "DÇ-2018"in seçmə mərhələsinin oyunları üçün 25 futbolçuya dəvət göndərib.

Heyətdə 6 legioner yer alıb. Çexiyanın "Mlada", Ukrayanın "Aleksandriya", Cənubi Kiprin "Anortosis", Slovakiyanın "Jilina", Almaniyanın "Aue" və "Ayntraxt" klublarının üzvləridi. 

Qeyd edək ki, millimiz sentyabrın 1-də Oslo şəhərində Norveçin qonağı olacaq, sentyabrın 4-də Bakıda San Marinonu qəbul edəcək.

Qapıçılar: Kamran Ağayev (Mlada, Çexiya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi).

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Ürfan Abbasov (Qəbələ), Maqomed Mirzabekov (Neftçi), Tərlan Quliyev (İnter), Pavel Paşayev (Aleksandriya, Ukrayna).

Yarımmüdafiəçilər: Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Riçard Almeyda (hamısı "Qarabağ"), Namik Ələskərov, Ruslan Abışov (ikisi də "Neftçi"), Cavid Hüseynov (Qəbələ), Təmkin Xəlilzadə (Zirə), Araz Abdullayev (Anortosis, Cənubi Kipr).

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (ikisi də "Qarabağ"), Ruslan Qurbanov (Qəbələ), Dmitri Nazarov (Aue, Almaniya), Ramil Şeydayev (Jilina, Slovakiya), Renat Dadaşov (Ayntraxt, Almaniya).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər