Prezidenti qəzada ölən klubun futbolçuları təyyarəyə minməyəcək

Prezidenti qəzada ölən klubun futbolçuları təyyarəyə minməyəcək
İngiltərənin "Lester" klubunun futbolçuları "Kardiff"lə oyuna təyyarə ilə getməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, onlar bu qərarı klubun prezidenti Vişay Şrivaddanaprabhanın vertolyot qəzasında ölümündən sonra qəbul edib. "Lester"in üzvləri "Kardiff" matçına avtobusla yollanacaq. 
Qeyd edək ki, "Lester” klubunun prezidenti Vişay Şrivaddanaprabhanın olduğu helikopter ötən həftə klubun ev oyunlarını keçirdi "Kinq Pauer” stadionu yaxınlığında qəzaya uğrayıb. Hadisə "Lester” - "Vest Hem” oyunundan sonra baş verib. Qəzada klub prezidenti ilə yanaşı, daha 4 nəfər həlak olub. Ölənlərdən biri 2005-ci ildə Kainat gözəli yarışında 2-ci yeri tutan və Tayland gözəli seçilmiş Nursara Suknamaidi. O, milyarderin katibəsi kimi çalışıb. Son dövrlər isə onların arasında sevgi münasibətlərinin olduğu müəyyənləşib. 
Onu da qeyd edək ki, "Kardif" - "Lester" matçı noyabrın 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər