Bazar günü Misiri penalti seriyasında üstələyərək ilk dəfə Afrika Millətlər Kubokunu qazanan Seneqal millisi ölkə prezidenti tərəfindən mükafatlandırılıblar.
Fanat.Az xəbər verir ki, futbolçular və məşqçi heyəti təkcə pul almayacaqlar.
Seneqal prezidenti Mak Sall bildirib ki, milli komandanın hər bir üzvü 75 min avro (?!), bundan başqa, Diamniadidə 500 kvadratmetr, Dakarda isə 200 kvadratmetr torpaq sahəsi alacaq.
Təbii ki, milliyə ayrılan mükafat birmənalı qarşılanmayıb. 75 min avro Mane, Kuyate, Kulibali, Geye, Sarr, Mendi kimi futbolçuların həftəlik maaşı qədərdir. Üstəlik, torpaq sahəsi ayrılan şəhərlər paytaxtdan 30 kilometr uzaqlıqda yerləşir.