Prezident bütün futbolçuları qovdu - ŞOK QƏRAR

Prezident bütün futbolçuları qovdu - ŞOK QƏRAR

Türkiyənin "Altınordu" klubunun prezidenti Seyit Mehmet Özkan şok qərar qəbul edib. Fanat.Az xəbər verir ki, klub rəhbəri qış fasiləsində "Altınordu"nun yetirməsi olmayan bütün futbolçuların göndərilməsini istəyib.

O, bu qərara "Bandırmaspor"la son turda heç-heçə oynadıqları oyundan sonra qərar verib. Klubun rəsmi saytı üçün geniş yazı hazırlayan Seyit Mehmet Özkan bunları qeyd edib: 

"Bandırmaspor" matçında "Altınordu" formasını təmsil edən futbol veteranları! Siz "Altınordu" futbol klubunun ölkəmiz üçün nə qədər böyük önəm daşıdığının fərqində deyilsiniz. Olsaydınız bu qədər miskin, çürük və qorxaq futbol oynamazdınız. "Altınordu" dəyərlərininin fərqində deyilsiniz. Olsaydınız, coşqulu, sürətli və cəsur futbol oynayardınız. Mənim sizinlə işim bitdi. Məni oyandırdığınız, bu həmləmi 2 il önə çəkməyə səbəb olduğunuz üçün hamınıza təşəkkür edirəm. 2016-cı ilin son matçına qədər bu formanı geyinin, amma adam kimi geyinin və qış fasiləsində hamınız gedin. 2017-ci ildə bizi "övladlarımız"la baş-başa buraxın" 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər