Poşalı futbolçu: "Ermənilər Ağdamı dağıdıb"

Poşalı futbolçu: "Ermənilər Ağdamı dağıdıb"

"Burnum qırılıb, lakin həkim dedi ki, mənə qoruyucu maska lazım deyil. Barmağım da əzilib". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yakub Jezniçak deyib.

Polşalı futbolçu tarixi uğura imza atmaq üçün yaxşı şanslarının olduğunu deyib: “Qarabağ” heç vaxt “pley-off” mərhələsinə vəsiqə qazanmamışdı. Bu baxımdan tarixi uğura imza atmaq şansımız var. Hərçənd, cütün favoriti “Kopenhagen”di. Ancaq biz də qrupa düşmək istəyirik. İkinci dəfə qrup mərhələsində çıxış etmək mənim üçün də əla olar".

Jezniçak Ağdamın işğalı barədə də danışıb: "Klub Ağdamda təsis olunub. Lakin Azərbaycanla Ermənistan arasında baş verən müharibə zamanı şəhər dağıdılıb. Ancaq Bakıda da çoxlu azarkeşlərimiz var. Qarşımıza qoyulan məqsəd ÇL-in qrupuna vəsiqə qazanmaq və ölkə çempionu olmaqdır".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər