Məşhur rus futbolçu koronavirusa yoluxub

Məşhur rus futbolçu koronavirusa yoluxub
"Ural"ın hücumçusu Pavel Poqrebnyakın koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Poqrebnyak xəstəliyi yüngül formada keçirir. 36 yaşlı futbolçu özünü yaxşı hiss edir və həkimlərin nəzarəti altındadı. Komandanın digər oyunçularında koronavirus aşkarlanmayıb.
 
Poqrebnyak karyerası ərzində "Ştutqart", "Fulhem" və "Redinq" kimi klublarda çıxış edib. O, 2012-2016-cı illər aralığında 33 dəfə Rusiya millisinin formasını geyinib.
Son məlumatlara görə, Rusiyada COVID-19-a yoluxanların sayı 326 min 448-ə çatıb. Ölkədə 3 min 249 nəfər koronavirusdan dünyasını dəyişib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər