Poqbanı bu futbolçulardan biri əvəz edəcək - SİYAHI

Poqbanı bu futbolçulardan biri əvəz edəcək - SİYAHI

"Yuventus" klubu qışda heyətini gücləndirmək üçün bir neçə futbolçu ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, Turin klubunun siyahısında 7 futbolçu var. 

Bu barədə “Football Italia” məlumat yayıb.

"Byankoneri"nin prioritet transfer hədəfi "Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Heyberqdir. O, Pol Poqbanın əsas əvəzləyicisi hesab olunur.

Mənbənin məlumatına görə, "Yuventus"un maraq dairəsində olan digər futbolçular Lazar Samarjiç, Yussuf Fofana, Domeniko Berardi, Kaudio Kone, Mohamad Diarra və Georgi Sudakovdur.

Qeyd edək ki, dopinqdə ilişən "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın uzun müddət diskvalifikasiya olunacağı gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər