Poqba İPL-in ən çox qazanan futbolçusu ola bilər

Poqba İPL-in ən çox qazanan futbolçusu ola bilər

"Mançester Yunayted" fransalı yarımmüdafiəçisi Pol Poqbanı (Paul Pogba) İngilətərə Premyer Liqasının ən çox qazanan futbolçusu etməyə hazırdır.

Fanat.Az "Express" nəşrinə istinadən xəbər verir ki, klub Poqba ilə müqavilənin müddətini daha dörd il uzatmağı planlaşdırır.

Məlumatda qeyd olunur ki, müqaviləyə əsasən futbolçu həftəsinə 400 min funt-sterlinq qazanacaq. 

Xatırladaq ki, futbolçunun klubla hazırki müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər