Polşalı futbolçu İngiltərə klubuna bu səbəbdən "yox" dedi

Polşalı futbolçu İngiltərə klubuna bu səbəbdən "yox" dedi

"Napoli"nin polşalı yarımmüdafiəçisi Pyotr Zelinski İngiltərənin "Vest Hem" klubuna keçməkdən imtina edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.

Xəbərə görə, Zelinski "çəkicdöyənlər"in təklifini komanda İngiltərə Premyer Liqasında yüksək hədəflər uğrunda mübarizə aparmadığı üçün geri çevirib. Mənbə "Vest Hem"in sözügedən oyunçuya illik 3,5 milyon avro əməkhaqqı və müxtəlif bonuslar vəd etməsinə rəğmən, keçidin baş tutmayacağını vurğulayıb.

Qeyd edək ki, Zelinski 2016-cı ildən "Napoli"nin uğurları üçün çalışır. Ötən mövsüm A Seriyasında 35 matça çıxan orta xətt oyunçusu 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər