Pol Poqbadan dünyasını dəyişən futbolçu ilə bağlı paylaşım

Pol Poqbadan dünyasını dəyişən futbolçu ilə bağlı paylaşım

"Yuventus"un 18 yaşlı futbolçusu Brayan Dodyen vəfat edib.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, 12 yaşında xərçəng diaqnozu qoyulsa da, gənc idmançı xəstəliyi məğlub edərək 4 il sonra yenidən meydana qayıtmışdı..

Futbolçunun hələ xəstəliyi zamanı "Yuventus"da çıxış edən Pol Poqba (Paul Pogba) ona qol həsr etmişdi. 

Ölüm xəbərini eşidən Poqba mərhum ilə bağlı paylaşım edib. 

"Düşüncələrim və dualarım səninlə və sənin yaxınlarınladır. Sevilən birini itirmək heç vaxt asan olmur. Mən səni heç vaxt unutmayacağam"

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər