Platini yenidən futbola qayıdır - Makron onunla danışdı

Platini yenidən futbola qayıdır - Makron onunla danışdı

UEFA-nın keçmiş rəhbəri Mişel Platini Fransa Futbol Federasiyasının prezidenti ola bilər. 

Fanat.Az xəbər verir ki, bu məlumatı RMC yayıb. 

Mənbənin iddiasına görə, Platninin Le Qraisi əvəz etməsini şəxsən Fransa prezidenti Emmanuel Makron istəyib. O, Platiniyə müraciət edərək ondan FFF rəhbəri vəzifəsinə marağı barədə soruşub.  Bildirilir ki, Platini futbola qayıtmağın əleyhinə deyil. 

67 yaşlı futbol funksioneri  2015-ci ildə Beynəlxalq Futbol Federasiyasının etika komitəsi tərəfindən korrupsiya şübhələri ilə əlaqədar 8 il müddətinə hər hansı futbol fəaliyyətindən uzaqlaşdırılıb. Daha sonra cəza 4 ilə endirilib və 2019-cu ildə diskvalifikasiya müddəti başa çatıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər