Planetin ən varlı futbolçusu Tayland klubuna keçdi

Planetin ən varlı futbolçusu Tayland klubuna keçdi

Dünyanın ən varlı futbolçusu Faiq Bolkiahın yeni klubu məlum olub. 

Fanat.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Taylandın “Çonburi” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Bruney sultanı Hassanal Bolkiahın qardaşı oğlu, varislərindən biridir.   Faiq dünya futbolunun ən varlı oyunçusu hesab edilir. Yarımmüdafiəçi karyerası ərzində “Sauthempton”, “Lester”, “Çelsi” kimi klublarda çıxış edib. Orta xətt oyunçusu son olaraq Portuqaliya “Maritimo”sunda top qovub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər