Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının yaranmasından 8 il ötür. Fanat.az xəbər verir ki, Ramin Musayevin başçılıq etdiyi qurum 2008-ci ildə yaradılıb.
Peşəkar Futbol Liqası Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı, I divizion və Azərbaycan Kuboku yarışlarının təşkilatçısıdı. Yarandığı gündən bir sıra yeniliklər edən təşkilat əvəzedici heyətlər arasında ölkə çempionatının uzun fasilədən sonra bərpa edilməsi ilə yadda qalıb. Premyer Liqanın təşkilatçılığında bir sıra yeniliklər edən Peşəkar Futbol Liqası hər mövsüm Azərbaycan Kubokunun finalını möhtəşəm futbol bayramına çevirir.
Peşəkar Futbol Liqası yarandığı gündən çempionatın səviyyəsi və təşkilatçılığında ciddi irəliləyişlər olub. Bunun nəticəsidi ki, 8 il əvvəl UEFA reytinqində 42-ci olan ölkəmiz 18 pillə irəliləyərək, 24-cü yerə qalxıb.
Fanat.az-ın kollektivi Ramin Musayevi və Peşəkar Futbol Liqasının kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır.
Fanat.az