Paris-2024: Maqomedov gümüş medal qazandı

Paris-2024: Maqomedov gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Parisdə təşkil edilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla üz-üzə gəlib.

Rəqibinə məğlub olan Maqomedovun çempionluq arzusu həyata keçməyib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Maqomedov görüş zamanı ayağından сiddi zədə alıb və qarşılaşmanı yarımçıq dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər