DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina və Paraqvay milliləri arasında keçirilən oyunda qalmaqallı epizod baş verib.
Fanat.Az xəbər verir ki, qonaq komandanın futbolçusu Antonio Sanabriya Argentinanın ulduz hücumçusu Lionel Messinin kürəyinə tüpürüb.
Şifahi mübahisədən sonra paraqvaylı argentinalı ulduzun yanından keçərkən ona tüpürüb.
Bu epizod canlı yayımda kameralara tuş gəlib. Görüşün baş hakimi Sanabriyanın bu hərəkətinə heç bir reaksiya verməyib.
Qeyd edək ki, Buenos-Ayresdə baş tutan qarşılaşma Argentinanın 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu üçüncü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub.
Mirağa