"Onların oyun üslubu iyrəncdir, mən bunu futbol saymıram" - İspaniya millisinin üzvü

"Onların oyun üslubu iyrəncdir, mən bunu futbol saymıram" - İspaniya millisinin üzvü

Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda səfərdə Şotlandiya seçməsinə 0:2 hesabı ilə uduzan İspaniya millisinin yarımmüdafiəçisi Rodriqo Ernandes Britaniya təmsilçisini iyrənc futbol oynamaqda suçlayıb.

Fanat.Az xəbər verir ki, "Viaplay" onun dediklərini belə çatdırıb:

"Onların oyun üslubu belədir. Biz belə futbol tərzinə hörmətlə yanaşmalıyıq, amma düzünə qalsa, bir qədər iyrənc üslubdur. Onlar meydanda büdrəməyə, sürüşməyə, rəqib futbolçuları təxribata çəkməyə çox vaxt sərf edirlər. Mən bunu futbol saymıram. Sürəti qaldırmaq istəyirsənsə, irəli atılmalısan. Onların etdikləri isə... Hakim bunu nəzərə almalı olsa da, heç nə etmədi".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər