"Onlar mən futbol oynadığım dönəmdəki səviyyələrinə qayıdırlar" - Vensan Kompani 

"Onlar mən futbol oynadığım dönəmdəki səviyyələrinə qayıdırlar" - Vensan Kompani 

"Börnli"nin baş məşqçisi Vensan Kompani İngiltərə Premyer Liqasının 19-cu turunda evdə "Liverpul"dan aldıqları məğlubiyyəti (0:2) şərh edib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı mütəxəssis fikirlərini klubun rəsmi saytına bölüşüb:

"Liverpul" top komandadır. Rəqibin güclü tərəfləri çoxdur və geniş imkanları var. Fikrimcə, onlar əvvəlki güclərini bərpa edirlər. Mən futbol oynadığım dönəmdə olduqları səviyyəyə  qayıdırlar. Bir neçə il öncə "Liverpul" ən yaxşı formada idi. Onların əvvəlki güclərini necə qaytardıqlarını hiss etmək çətin deyil".

Xatırladaq ki, Kompani 2008-ci ilin avqustundan 2019-cu ilin iyuluna qədər "Mançester Siti"nin formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər