"Oğlum günahsızdır" - Narkotiklə saxlanılan sabiq futbolçunun atası

"Oğlum günahsızdır" - Narkotiklə saxlanılan sabiq futbolçunun atası

Rusiya millisinin külli miqdarda narkotiklə saxlanılan sabiq futbolçusu Aleksey Buqayevin atası İvan Buqayev oğlunun saxlanılmasından danışıb.

Fanat.Az xəbər verir ki, ata Buqayev "championat.com"a açıqlamasında belə deyib:

"Oğlum günhasız olduğu halda, həbs edilib. İndi onunla əlaqə yoxdur. Aleksey arvadına xəbər verib, o isə mənə zəng vurub. 

500 qram narkotik? Xəbəriniz varsa, hazırda Krasnodarda tədbirlər keçirilir. Aleksey günahsız. Sadəcə, yanlış zamanda yanlış yerdə olub".

Xatırladaq ki, bu gün 42 yaşlı Alekseyin Krasnodarda saxlanıldığı və üzərindən 495 qrama yaxın mefedron aşkarlandığı barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Buqayev küçədə qarşısına çıxan kağız parçasından istifadə etməklə narkotik vasitə əldə edib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər