Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Yüngül çəkidə (70 kiloqrama qədər) sabiq UFC çempionu Çarlz Oliveyra İliya Topuriya ilə qarşıdakı titul döyüşündən öncə fikirlərini bölüşüb.

Fanat.Az-ın məlumatına görə, braziliyalı idmançı "YouTube" üzərindən yayımlanan "Full Violence" kanalına danışıb:

"Məni başqalarının dedikləri maraqlandırmır. Reallıq belədir. Bilirəm ki, Topuriya güclü zərbələri olan döyüşçüdür. Amma mən artıq Castin Qetji ilə qarşılaşmışam. Onda Castinin inanılmaz zərbələrə malik idmançı olduğunu deyirdilər, amma mən onu yerə sərdim. Öz zərbəmin gücünə inanıram. Ən yaxşısı döyüşü gözləməkdir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər