"Olimpiakos"un futbolçusunun xanımı özündən getdi

"Olimpiakos"un futbolçusunun xanımı özündən getdi

"Qarabağ"a 0:3 hesabı ilə uduzaraq Avropa Liqasında ardıcıl üçüncü məğlubiyyətini yaşayan "Olimpiakos"un futbolçusu Pape Abu Sisse ötən gecə daha bir  kabus yaşayıb.

Fanat.Az xəbər verir ki, oyunu stadiondan izləyən 27 yaşlı müdafiəçinin həyat yoldaşı tribunada huşunu itirib.

"Olimpiakos"un futbolçusunun xanımı özündən getdi Bu barədə "MyNews.gr" portalı eksklüziv məlumat yayıb. Həm performansına, həm də əvəzləndikdən sonra etdiyi hərəkətə - azarkeşləri söydüyünə görə təhqirlərə məruz qalan Sissenin xanımı təzyiqlərə və gərgin atmosferə dözə bilməyib və huşunu itirib. O, dərhal təcili yardım maşını xəstəxanaya çaıdırılıb. Xoşbəxtlikdən xanım Sisse bir müddət sonra ğzünə gəlib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər