"O, mənim futbola baxışımı dəyişdi" - Onana kumirinin kim olduğunu dedi

"O, mənim futbola baxışımı dəyişdi" - Onana kumirinin kim olduğunu dedi

"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana kumirinin kim olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Utd District" onun dediklərini belə çatdırıb:

"Müasir qapıçı olmaq istəyirsənsə, digərlərinin çıxışını diqqətlə izləməlisən. Amma bir futbolçunun adını çəkməli olsam, bu, Manuel Noyerdir. Noyerin oyun tərzini vurğulamalıyam. Ondan çox şey öyrənmişəm. Yaxşı xatırlayıram, 2014-cü ildə keçirilən dünya çempionatında Noyer möhtəşəm performans sərgilədi və Almaniya millisi mundialın qalibi oldu. Həmin turniri izləyərkən başa düşdüm ki, ona bənzəmək istəyirəm. Noyer mənim futbola baxışımı dəyişdi. Məncə, o, çoxlarının kumiridir".

Xatırladaq ki, Onana MY-yə 2023-cü ilin yayında, 50,2 milyon avro qarşılığında "İnter"dən transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər