Hollandiyalı model Silve Meys bir müddət əvvəl "Hannover 96"nın futbolçularına maraqlı vəd vermişdi. Fanat.Az xəbər verir ki, veteran futbolçu Rafael van der Vaartın keçmiş həyat yoldaşı klub elitaya vəsiqə qazanacağı halda, paltardəyişmə otağında striptiz göstərəcəyini vəd etmişdi.
Artıq "Hannover 96" 1-ci Bundesliqaya yüksəlib. Mövsümün 34 oyununda 37 xal qazanan komanda lider "Ştutqart"dan 2 xal geri qalıb və yenidən elitada çıxış etmək hüququ qazanıb. Futbolçuların uğura köklənməsində Silve Meysin bu vədinin önəmli rol oynadığı bildirilir. İndi onun sözünə əməl edib-etməyəcəyi müzakirə olunur.
Qeyd edək ki, van der Vaartla 8 il evli olan Meys boşandıqdan sonra model karyerasını bərpa edib və həmçinin aparıcılıqla məşğul olur.
Fanat.Az