"Nyukasl"ın ev oyunlarını keçirdiyi "Sent-Ceymes Park" stadionunun yaxınlığında Alan Şirerin heykəli ucaldılıb.
Fanat.Az xəbər verir ki, sosial şəbəkədəki şəxsi hesabından heykəlin açılış mərasimi zamanı çəkilən şəkilləri paylaşan Şirer xoşbəxt olduğunu dilə gətirib, "Nyukasl" rəhbərliyinə minnətdarlıq edib.
İngiltərə millisinin və "Nyukasl"ın əfsanəvi futbolçusu Alan Şirer 1996-cı ildə "Blekbern"dən "sağsağanlar"ın heyətinə o zaman üçün rekord məbləğ sayılan 15 milyon funta transfer olunmuşdu. "Ağ-qaralar"ın heyətində çıxış etdiyi 10 il ərzində Şirer vurduğu 206 qolla adını tarixə yazdırıb. Bununla yanaşı o, İngiltərə Premyer Liqasında 260 qol vurmaqla da özünə məxsus rekord sahibidi.

Fanat.Az