Türkiyənin “Trabzonspor” klubu norveçli yarımmüdafiəçisi Anders Trondsenlə vidalaşıb.
Fanat.Az sözügedən Super Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulub.
Trabzon təmsilçisi oyunçuya 1 milyon 252 min 500 avro məbləğində təzminat ödəyəcək. Trondsen 2020-ci ilin avqustunda “Trabzonspor”la 4 illik - müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalamışdı. Norveç millisində 4 görüş keçirən yarımmüdafiəçi Türkiyə klubunun heyətində cəmi 14 qarşılaşmada forma şansı qazanmışdı.