Norveçdə afrikalı futbolçu dünyasını dəyişdi - Ölüm səbəbi... 

Norveçdə afrikalı futbolçu dünyasını dəyişdi - Ölüm səbəbi... 

Norveçin "Ham-Kam" klubunun futbolçusu Arkanj Defrinyan Mondu vəfat edib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fil Dişi Sahilindən olan 19 yaşlı futbolçunun ölüm səbəbi haqda məlumat verilməyib. Bu haqda yayılan press-relizdə belə deyilir: “Arkanj Defrinyan Mondunun ölüm xəbərini böyük kədərlə aldıq. Ən səmimi duyğularımızı onun ailəsinə və qohumlarına çatdırırıq. Bu, bütün tərəflər üçün çox çətin bir gündür.  Hazırda bu press-relizdən başqa heç bir şərh verilməyəcək. Futbolçumuzun ölüm səbəbi məlum deyil”.

Arkanj 2023-cü il mövsümündə "Ham-Kam"ın heyətində üç oyun keçirib və bir qol vurub. Sözügedən komanda ötən mövsümü Norveç çempionatında 11-ci yerdə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər