Niderlandda xaos: Polislər döyüldü, iki futbolçu həbs olundu - VİDEO

Niderlandda xaos: Polislər döyüldü, iki futbolçu həbs olundu - VİDEO

UEFA Konfrans Liqasının ötən gün keçirilən "Alkmaar" - "Legiya" (1:0) matçından sonra insident yaşanıb.

Fanat.Az "Dnevnik"ə istinadən xəbər verir ki, Alkmaar şəhərində gecəboyu müşahidə olunan gərginlik iki "Legiya" futbolçusunun həbsi ilə nəticələnib.

Xaosa qonaq komandanın arenanı tərk etmək üzrə olduğu vaxt polisin stadionu bağlamaq qərarı səbəb olub. Yorğun olan və otelə getmək istəyən futbolçular buna kəskin etiraz bildiriblər. Polis isə Polşa komandasının avtobusunu mühasirəyə alıb, hətta güc tətbiq edərək iki futbolçu Joseu ilə Radovan Pankovu həbs edib. Onların həbsini əngəlləməyə çalışan "Legiya"nın prezidenti, eləcə də bəzi heyət üzvlərinə fiziki təzyiq göstərilib. İki saatdan çox gözlədikdən sonra "Legiya" stadionu tərk edib. Ancaq Niderland polisi həbs olunan futbolçuların taleyi ilə bağlı məlumat verməyib. 

Oyundan əvvəl də stadionun ətrafında iğtişaşlar yaşanıb. Yerli "Noordhollands Dagblad" qəzeti matçdan əvvəl "Legia" azarkeşləri ilə polis arasında toqquşma barədə məlumat yayıb. Polislərdən birinin huşunu itirdiyi iddia edilir. Panatlar asayiş keşikçilərinin dəyənəklərini və spreylərini götürüblər. Polis azarkeşləri dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər