Niderland klubu millimizin futbolçusuna təklif göndərdi

Niderland klubu millimizin futbolçusuna təklif göndərdi
Niderlandın "Telstar" klubu Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.
Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Klub rəsmisi bildirib ki, hər hansı razılıq əldə olunsa, bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ozan Can Kökçünün ailə üzvləri Niderlandda yaşayır. Onun qardaşı Orkun Kökçü "Feyenord" klubunda çıxış edir. Ozan Can Kökçü ötən həftə Niderlandda məhdud çərçivədə özünə toy edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər