Niderland klubları bu qiymətə futbolçu satmamışdı - Rekord reallaşır

Niderland klubları bu qiymətə futbolçu satmamışdı - Rekord reallaşır

Braziliyalı hücumçu Antoni  "Mançester Yunayted"lə müqavilə bağlamaq üçün bu gün tibbi müayinədən keçib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 22 yaşlı forvard sabah 5+1 illik müqaviləyə imza atacaq. "Qırmızı şeytanlar"ın cənubi amerikalının transferi üçün "Ayaks"a 100 milyon avro ödəyəcəyi vurğulanıb və keçid rəsmiləşəndən sonra bunun Niderland Erediviziyası tarixinin rekord satış məbləği olacağı bildirilib.

Qeyd edək ki, Antoni "Ayaks"a 2020-ci ildə Braziliyanın "San-Paulu" klubundan transfer olunmuşdu. Bu mövsüm Amsterdam klubunun forması ilə bütün turnirlərdə 3 oyuna çıxan forvard 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər