Neymarın futboldakı qazancı milyard dolları ötdü - Onu yalnız bu üç futbolçu qabaqlayır

Neymarın futboldakı qazancı milyard dolları ötdü - Onu yalnız bu üç futbolçu qabaqlayır

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun üzvü olan braziliyalı ulduz hücumçu Neymar karyerası ərzində milyard dollardan çox pul qazanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Transfer News Live" məlumat yayıb. 

Mənbənin hesablamasına görə, onun ümumi qazancı 1,01 milyard dollara (~933 milyon avro) çatıb. Bu məbləğə əmək haqqı, sponsorlardan müqavilə ödənişləri və digər gəlirlər daxildir. 

Neymar tarixdə milyard dollarlıq həddini keçməyi bacaran onuncu idmançı oldu. Futbolçular arasında isə bunu daha üç nəfər bacarıb: portuqaliyalı Kriştianu Ronaldu, argentinalı Lionel Messi və ingilis Devid Bekhem.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər