"Sən futbolun mənə bəxş etdiyi qardaşsan" - Neymar Alvesin ad gününü təbrik etdi

"Sən futbolun mənə bəxş etdiyi qardaşsan" - Neymar Alvesin ad gününü təbrik etdi
PSJ-nin hücumçusu Neymar Braziliya millisindəki komanda yoldaşı Dani Alvesi doğum günü münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, Neymar instaqram hesabında Dani ilə şəklini paylaşıb və qeyd edib:
"Təbriklər, Dani. Tanrı səni qorusun. Sənə dünyanın bütün nemətlərini arzulayıram. Sən futbolun mənə bəxş etdiyi qardaşsan".
Braziliyalı cinah müdafiəçisi komanda yoldaşına təşəkkür edib: "Səni sevirəm, qardaşım. Çox darıxmışam".
 
Qeyd edək ki, Dani Alves mayın 6-da 37 yaşına qədəm qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər