Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi

Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.

Fanat.Az xəbər verir ki, 28 yaşlı idmançı növbəti döyüşünü martın 18-də keçirəcək.

Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.

Döyüş Nazia Fighting Championship təşkilatı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Fanil Rafikov 21 döyüşdə qalib gəlib, 6 dəfə uduzub. Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər