Nəriman Abbasov rusiyalı döyüşçünü vaxtından əvvəl yenib kəmərini qorudu

Nəriman Abbasov rusiyalı döyüşçünü vaxtından əvvəl yenib kəmərini qorudu

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, döyüş Abbasovun qələbəsi yekunlaşıb. İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər