"Nəhəng"lərin göz dikdiyi futbolçu: "100 milyondur dəyəri"

"Nəhəng"lərin göz dikdiyi futbolçu: "100 milyondur dəyəri"

"Vest Hem"in futbolçusu Deklan Rays "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti"nin maraq dairəsinə düşüb. 

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Devid Moyes yarımmüdafiəçinin dəyərini açıqlayıb. 

"Sky Sports"a danışan mütəxəssis bunları deyib: "Deklanı 100 milyon funt sterliq dəyərində qiymətləndirirəm. Endirimli qiymətdir. O, işlədiyim ən yaxşı oyunçularla bərabər səviyyədədir. Üstəlik, yaşı ona pressinq etməyə imkan verir. Rays xüsusidir, belə oyunçular azdır".

Qeyd edək ki, 23 yaşlı ingilis futbolçu "Çelsi"nin yetirməsidir. O, 2014-cü ildə "Vest Hem"in gənclərdən ibarət komandasına cəlb edilib, 2017-ci ildən isə əsas komandada çıxış edir. 153 oyunda meydana çıxan Deklan 6 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər